NIKOIL | Bank iş rejimini yenilədi!

NIKOIL | Bank iş rejimini yenilədi!


Bakı şəhərində 17-19 iyun tarixləri arasında keçiriləcək “Formula-1” Avropa Qran Prisi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə NIKOIL | Bank -ın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş ofisi və Ü.Hacıbəyli 27 ünvanında yerləşən 13 saylı filialı yeni iş rejimində fəaliyyət göstərəcəkdir.

Bankdan Gundeminfo.az-a verilən məlumata görə 21 iyun daxil olmaqla yuxarıda göstərilən NIKOIL | Bank -ın satış nöqtələri səhər saat 09:00-dan axşam saat 21:00-dək qücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkdirlər. Yenilənmiş iş rejiminə əsasən, müştərilərə kassa-hesablaşma və əməliyyat xidmətləri göstəriləcəkdir. Müştərilərin və şəhərimizin qonaqlarının rahatlığının təmin olunması və yüksək keyfiyyətli xidmətin göstərilməsi NIKOIL | Bank -ın əsas məqsədlərindən biridir.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank -ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: My Webpage



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...