30-40 min əhalinin istifadə etdiyi yol bərbad vəziyyətdədir

30-40 min əhalinin istifadə etdiyi yol bərbad vəziyyətdədir


“Bizim avtomobil yolumuz (Biləsuvar-Bəhrəmtəpə yolu) 7-8 ildən artıqdır bərbad vəziyyətdədir. Yolun üzərində Çaxırlı, Aranlı, Qızılkənd, Hacırüstəmli, Biləsuvar rayonunun 3-dən çox kəndi və həmçinin Cəbrail rayonundan olan qaçıqınların yaşadığı 11 qəsəbə yerləşir. Bərbad vəziyyətdə olan yolun üzərində yerləşən kəndlərdə və qəsəbələrdə təxminən 30-40 mindən çox əhali yaşayır”.

ANS PRESS-in məlumatına görə, bu sözləri İmişli rayon sakini Anar Fərəcov deyib. O, bildirib ki, yoldan yük avtomobilləri keçdiyi üçün bütün kəndlər toz içərisində olur.

“Həm də yolda hərəkət edən minik avtomobillərinin ehtiyat hissələri sıradan çıxır. Maşınla gedəndə toz o qədər çox olur ki, qarşıdan gələn avtomobili görmək mümkün olmur. Yağış yağandan sonra yolda vəziyyət daha da pisləşir. Heç olmasa yay aylarında tozun qarşısını almaq üçün bir su maşını ayırsınlar yolu isladsın. Yol kənarında yerləşən kəndlərdə yaşayan əhalinin evləri və həyətləri daima toz içərisində olur”,-deyə rayon sakini bildirib.

Doğurdan da yolun şəkillərinə baxdıqda vəziyyətin nə qədər acınacaqlı olduğu görünür. Çünki ağır tonnajı avtomobillərin yoldan intensiv istifadə etməsi magistralda dərin çöküntülər yaradıb. Bu isə ətrafın toz içərisində olması ilə yanaşı yoldan keçən minik avtomobillərinin hərəkətini məhdudlaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...