Azərbaycan Avropa Donor Bankına üzv oldu

Azərbaycan Avropa Donor Bankına üzv oldu


Çox sevindirici haldır ki, Azərbaycana yalnız yüksək nəticələr əldə etmiş ölkələrə təqdim olunan Avropa Donor Bankına üzvlük statusu verilib

GUNDEMİNFO.AZ yazır ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu 17 iyun - tibb işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin istifadəyə verilməsi ölkəmiz üçün aktual problem olan talassemiya xəstələrinin müalicə imkanlarını genişləndirib. Hazırda bu Mərkəzdə 20 minə yaxın uşaq dövlət hesabına müalicə alır. Artıq 30 uşağa yalnız yüksək inkişaf etmiş səhiyyəyə malik ölkələrdə icra edilən sümük iliyi transplantasiyası əməliyyatları icra olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...