Cahangir Əsgərovdan dopinq qadağası - gec də olsa...
Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır Atletika Federasiyasından AzVision.az-a verilən məlumata görə, yeni vəzifələrə təyinatdan sonra Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərov müşavirə keçirib.
Müşavirədə C.Əsgərov idmançılar tərəfindən qadağan olunmuş stimullaşdırıcı preparatlardan istifadə olunmasının təkrarlanmamasına qarşı ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib.
Hal-hazırda Rio-de-Janeyroda keçiriləcək 2016-cı il Yay Olimpiya Oyunlarına fəal hazırlıq gedir. Ən yaxın zamanda Azərbaycanın ağır atletika üzrə yığmasının heyəti formalaşdırılacaq və bu barədə əlavə məlumat veriləcək.
Antidopinq qaydalarının pozulmasında ittiham olunan dünya və Avropa çempionu Boyanka Kostovaya gəlincə isə, Azərbaycan Ağır Atletika Federasiyası Beynəlxalq Ağır Atletika Federasiyasına apelyasiya şikayəti göndərib. Ümid edirik ki, qısa müddətdə apelyasiya şikayəti öz müsbət həllini tapacaq və Boyanka Kostova 2016-cı il Yay Olimpiya Oyunlarında iştirak edəcək.
926 dəfə oxundu