Bakıda kondisionersiz avtobuslar xəttə buraxılmayacaq

Bakıda kondisionersiz avtobuslar xəttə buraxılmayacaq

Gələn ildən etibarən Bakıda kondisioner sistemi olmayan avtobuslar xəttə buraxılmayacaq.

Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, avtobuslarda kondisioner sisteminin olması hazırlanmaqda olan Bakının Vahid Nəqliyyat Konsepsiyasında şərt irəli sürülüb.

O qeyd edib ki, bu gün Bakıda fəaliyyət göstərən 2010 avtobusdan cəmi 251-də kondisioner var və onların da 201-i “BakuBus” MMC-yə məxsusdur:

“İndiyə qədər kondisioner sistemi ilə bağlı daşıyıcının qarşısında şərt qoyulmadığı üçün daşıyıcılar da kondisioner sistemi olan avtobuslar almayıb. Ancaq gələn ildən belə olmayacaq. İndi birdən-birə kondisioner sistemi olmayan avtobusların xətlərdən yığışdırılması nəqliyyatı iflic vəziyyətə sala bilər. Ona görə bu il üçün güzəşt edilir, ancaq gələn ilin yayından etibarən, yəni gələn il mayın 25-dən sentyabrın 15-dək kondisioner sistemi olmayan avtobuslar qalmayacaq. Kondisioner sistemi olmayacağı təqdirdə avtobuslar xətlərə buraxılmayacaq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...