İmişlidəki zəlzələd dağıntılar var

İmişlidəki zəlzələd dağıntılar var


İmişli rayonunda baş verən zəlzələ zamanı bəzi evlərin divarlarında çatlar əmələ gəlib.

İmişli Fövqəladə Hallar Komissiyasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, İmişli ərazisində baş verən zəlzələ zamanı ciddi fəsadlar qeydə alınmayıb. Bəzi köhnə tikililərin divarlarında çatlar əmələ gəldiyi haqqında vətəndaşlardan komissiyaya müraciətlər daxil olub. Dağıntılar barədə müraciət daxil olmayıb. Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, bu gün İmişli rayonunda iki dəfə yeraltı təkanlar qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin açıqladığı məlumata görə, ilk təkan yerli vaxtla saat 08.49-da baş verib. 5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub. Növbəti zəlzələ isə yerli vaxtla 08:49:49-da İmişli rayonu ərazisində qeydə alınıb.


Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 22 km olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
747 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...