Azərbaycanda 5 xarici şirkətin filialı ləğv olunur
Azərbaycanda fəaliyyət göstərən 5 xarici şirkət filialının ləğv olunduğu bildirilir. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib. Filiallardan biri "Distrilab" Məhdud Məsuliyyətli Yoldaşlığına məxsusdur. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 59, mənzil 63 ünvanına bildirə bilərlər.
Filialı ləğv olunan 2-ci şirkət "Buz Alen Hamilton İnc."dir. Onun kreditorlarının tələblərinə 2 ay ərzində Bakı şəhəri, Nizami küçəsi,96 ("The Landmark-1" Biznes Mərkəzi, IV mərtəbə) ünvanında baxılacaq. Azərbaycanı tərk edən 3-cü şirkət "Grundfos Pompa Sanayi ve Ticaret Ltd." şirkətidir. Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi,96A ünvanında irəli sürə bilərlər.
Ləğv olunan daha bir filial "Niko İnternational Ltd." şirkətinə məxsusdur. Şirkət kreditorların tələblərinə 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi,32/37 ünvanında baxacaq. Sonuncu, "Makimsan Asfalt Taahhüt İnşaat Sanayi ve Ticaret Anonim" şirkəti də Azərbaycan filialını bağlayır. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 18, mənzil 21 ünvanına bildirə bilərlər.
830 dəfə oxundu