Telefon idxalı ilə bağlı YENİ QADAĞA qüvvəyə mindi

Telefon idxalı ilə bağlı YENİ QADAĞA qüvvəyə mindi


Hər bir Azərbaycan vətəndaşı şəxsi istifadəsi üçün ildə iki dəfə ölkəyə telefon gətirə biləcək. Bu barədə Trend-ə çərşənbə axşamı telekommunikasiya bazarında olan mənbə bildirib. Agentliyin həmsöhbətinin sözlərinə görə, ilkin məlumata görə, yaxın gələcəkdə qüvvəyə minəcək yeni üsul mobil telefonların ölkəyə çatdırılması ilə səmərəli mübarizə imkanı yaradacaq, bu isə öz növbəsində, dövlət büdcəsinin gəlirlərini artıracaq.


“Hazırda mobil telefonların “boz” bazarının həcmi 80 faizə çatır. Belə ki, “boz” çatdırmalar müflis olma astanasında dayanan rəsmi distribütorların fəaliyyətinə mənfi təsir göstərir”, – mənbə bildirib. Təcrübədə isə, həmsöhbətin sözlərinə görə, ölkə hüdudlarından kənarda alınan mobil qurğuların qeydiyyatı istifadəçinin adına şəxsiyyət vəsiqəsi və ya xarici pasportda göstərilmiş indentiv şifrə üzrə aparılacaq.

“Qurğunun qeydiyyatı zamanı vətəndaş yeni mobil telefonun qeydiyyatdan keçirilməsi üçün iki ildən sonra müraciət edə biləcəyi haqqında xəbərdar ediləcək. Təkrar müraciət üçün dəqiq müddət təyin edilməyib və bu məsələ müzakirə mərhələsindədir”, – mənbə bildirib.

Mənbənin daha öncə bildirdiyinə görə, ölkəyə mobil qurğuların qanunsuz gətirilməsi üzündən dövlət büdcəsi təxminən 50 milyon dollar zərər çəkir. Hər ay İMEİ-şifrə sistemində fiziki şəxslər tərəfindən 50 min qurğu qeydiyyatdan keçirilir, halbuki rəsmi tədarükün həcmi isə 20 mindən bir qədər artıqdır. Qurğuların əksəriyyəti bazara qaçaqmalçılıq yolu ilə düşür, qalan hissəsi isə ölkə hüdudlarından kənarda şəxsi istifadə üçün alınır.

Respublika ərazisinə gətirlən mobil qurğular 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Mobil qurğuların İMEİ–şifrəsini qeydiyyatdan keçrilməsi imei.az səhifəsində və “Azərpoçt”da mümkündür. Qeydiyyat 24 saat ərzində həyata keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...