Sabah dəniz havası olacaq – 42 dərəcə

Sabah dəniz havası olacaq –


Avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən xəbərə görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz 35-38dərəcə isti, Bakıda gecə 23-25dərəcə isti, gündüz 36-38dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 25-40 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 24-25 dərəcə, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26 dərəcə, Türkan, Hövsan, Sahil və Şıxda isə 27-28 dərəcə isti olacağı gözlənilir. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
812 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...