Manat avro, rubl və lariyə nisbətən bahalaşıb

Manat avro, rubl və lariyə nisbətən bahalaşıb


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 24-ü ilə müqayisədə dəyişməyərək 1,6245 manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,22% zəifləyərək 1,8308 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 1,19% azalaraq 0,0249 manat səviyyəsinə enib. Türkiyə lirəsinin məzənnəsi 0,31% möhkəmlənərək 0,5513 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1486 manatdır. Beləliklə, funt sterlinq 0,38%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,58% azalaraq 0,7078 manat təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
745 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...