Dollar bir az da bahalaşdı - Bu günün rəsmi məzənnəsi

Dollar bir az da bahalaşdı -


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 25-i ilə müqayisədə 0,22% bahalaşaraq 1,6280 manata yüksəlib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,36% möhkəmlənərək 1,8374 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,8% artaraq 0,0251 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,56% möhkəmlənərək 0,5544 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1501 manatdır. Beləliklə, funt sterlinq 0,07%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,66% artaraq 0,7125 manat təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...