Əli Həsənov, Oqtay Əsədov və Ərdoğan İstanbulda körpü açacaq
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər İstanbulda Bosfor körfəzi üzərində üçüncü körpünün açılışı mərasimində iştirak etmək üçün bu gün Türkiyəyə səfər ediblər.
Gundeminfo.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsünün eni 59 metr, uzunluğu 1408 metr olmaqla, dünyanın ən geniş və uzun rels sisteminə malik "Asma körpü”sü olacaq.
Avropa ilə Asiya qitəsini birləşdirəcək bu körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla, 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb.
Açılış mərasiminə ölkə başçısı prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və nazirlər qatılacaq. Milli Məclis sədrinin tədbir iştirakçıları ilə bir sıra görüşləri gözlənilir.
Açılış mərasimi ilə əlaqədar keçiriləcək tədbirlərdə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcək.
Səfər avqustun 27-də başa çatacaq.
792 dəfə oxundu