Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 26-da və 27-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ sakinlərini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə polis orqanlarının fəaliyyəti, sakinlərin problemləri ilə maraqlanan nazir problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti elə yerində öz həllini tapıb. Polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
735 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...