Türkiyə ordusu YPG-nin Cerablusdakı mövqelərini bombardman edib

Türkiyə ordusu YPG-nin Cerablusdakı mövqelərini bombardman edib

Türkiyə ordusu bu gün Suriyadakı kürd qruplaşması PYD-nin silahlı qanadı YPG-nin Cerablus bölgəsinin Tilemarne kəndindəki mövqelərini uzaqvuran top və hərbi təyyarələr vasitəsilə bombardman edib.

“Sputnik Türkiye” agentliyinin verdiyi məlumata görə, bunu YPG-nin daxil olduğu Suriya Demokratik Qüvvələrinin xarici əlaqələr üzrə nümayəndəsi Abdulaziz Yunus deyib. Hadisə bu gün səhər baş verib. Türkiyə Silahlı Qüvvələri “Fırtına” topları və hərbi təyyarələr vasitəsilə Cerablusun 8 km cənubunda yerləşən Tilemarne kəndinə zərbələr endirib. A.Yunus bombardman nəticəsində ölənlər və yaralananlar olduğunu bildirib.

Xatırladaq ki, Türkiyə PYD və YPG-dən Fərat çayının qərb sahilindən geri çəkilməyi tələb edib. ABŞ da bu tələbi dəstəkləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...