Qasırğa Ağdam, Bərdə və Tərtər rayonlarında ciddi fəsadlar törədib

Qasırğa Ağdam, Bərdə və Tərtər rayonlarında ciddi fəsadlar törədib


Ötən gecə Ağdam, Bərdə və Tərtər rayonlarında qasırğa ciddi fəsadlar törədib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gecə yağışla müşahidə olunan güclü külək Ağdam, Bərdə və Tərtər rayonlarında ağacları kökündən qopararaq elektrik naqillərinin üzərinə salıb.

Bu səbəbdən həmin rayonların bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Ağdam rayon Fövqəladə Hallar Komissiyasının sədri Zülfü Qasımov APA-ya açıqlamasında bildirib ki, hələlik Çəmənli və İmamqulubəyli kəndlərindən tikililərə zərər dəyməsi barədə məlumat daxil olub: “Yaşayış məntəqələrinin çoxunda elektrik enerjisinin verilməsi bərpa olub. 6 kənddə bərpa işləri aparılır. Qırılan ağaclar kənara daşınaraq, həm yolların açılmasını həm də elektrik naqillərinin bərpasını təmin edirik.”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...