“Siqareti az çəksinlər” - Deputatdan qiymət artımına reaksiya

“Siqareti az çəksinlər” -


Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra siqaretlərin qiyməti 20-40 qəpik civarında artıb. Satış məntəqələrində əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb. Siqaretlərin qiymətlərində artım olması isə narazılıqla qarşılanıb.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Vahid Əhmədov bildirib ki, siqaretlərin qiymətinin artması dolların kursu ilə əlaqədardır: “Qiymətlər tənzimlənməyib. Siqaret tam olaraq Azərbaycana xarici ölkələrdən idxal olunur. Ola bilər ki, onun qiymətində müəyyən dəyişikliklər olsun. Adi bir şeydir. Bundan əlavə, siqaretdir də, qiyməti artıb-artıb, çörək deyil ki…”

Deputat hesab edir ki, siqaretin qiymətinin artması cəmiyyətdə böyük narazılıq yarada bilməz: “İnsanlar daha az siqaret çəksələr, daha yaxşı olar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...