Azərbaycanda məskunlaşan əcnəbilərin sayı çoxalıb
Nazirlər Kabineti "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket"də dəyişiklik edib.
GUNDEMİNFO.AZ APA-ya istinadən xəbər verir ki, dəyişiklik əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) hallarının sayının artırılması ilə bağlıdır.
Beləliklə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda və Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsi veriləcək.
783 dəfə oxundu