Azad Rəhimov dopinq qalmaqalından danışdı

Azad Rəhimov dopinq qalmaqalından danışdı


“Hazırda idmanın inkişafına mane olan bəzi problemlər mövcuddur. Xüsusilə, dopinq məsələsinə bundan sonra ciddi yanaşılacaq”.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə bu barədə nazir Azad Rəhimov bu gün keçirilən tədbirdə deyib.

“Son Olimpiada ərəfəsində dopinq problem ilə üzləşdik. Bu məsələyə daha çox diqqət ayırmalıyıq. Eləcə də, idman məktəblərinin fəaliyyəti bir daha yoxlanılmalıdır. Bədən Tərbiyəsi və İdman Akademiyasında artıq müəyyən işlər görülüb. Bu işləri davam etdirmək lazımdır. İnanıram ki, bu problemlərin öhdəsindən birlikdə gələcəyik”.

Qeyd edək ki, Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) Azərbaycan millisinin ağırlıqqaldıranı Nizami Paşayev və Sərdar Həsənov Pekin-2008, Boyanka Kostova və İntiqam Zairov da London-2012-də istifadəsi qadağan olunan preparatlardan istifadədə günahlandırılıb.

Kostova və Həsənovdan fərqli, ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti 2019-cu ilin dekabrınadək nəzərdə tutulub. Həmçinin Xristovun həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb və yığmamız Rioya qazandığı 4 lisenziyadan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
762 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...