BMT-nin xüsusi məruzəçisi Azərbaycana gələcək

BMT-nin xüsusi məruzəçisi Azərbaycana gələcək


BMT-nin xüsusi məruzəçisi Mişel Forst 2016-cı ilin 14-22 sentyabr tarixlərində insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdırmaq üçün Azərbaycanda rəsmi səfərdə olacaq.

BMT İnkişaf Proqramının Bakı ofisindən APA-ya verilən xəbərə görə, M. Forst BMT-nin İnsan Haqları Şurası tərəfindən dünyada insan haqları müdafiəçilərinin himayə və müdafiəsini nəzərdən keçirmək üçün səlahiyyət verilmiş müstəqil ekspertdir. Səfər çərçivəsində o, Azərbaycanda vətəndaş cəmiyyətinin üzləşdiyi problemlərlə bağlı birinci əldən məlumatlar toplayacaq və demokratiyanın yayılmasının yollarını araşdıracaq. Səfər Azərbaycan hökumətinin dəvəti ilə həyata keçiriləcək.

Səfər müddətində qonaq bir sıra dövlət rəsmiləri, məhkəmə nümayəndələri, insan hüquqları müdafiəçiləri, vətəndaş cəmiyyətinin və diplomatik korpusun nümayəndələri ilə görüşlər keçirəcək. Xüsusi məruzəçinin yekun hesabatı 2017-ci ilin mart ayında BMT-nın İnsan Hüquqları Şurasına təqdim olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...