"Xəstənin sağlam ayağın kəsilməsi həkim səhvi deyil" - Nazir müavini

"Xəstənin sağlam ayağın kəsilməsi həkim səhvi deyil" -


Təcili yardımların ödənişli olması bu gün Səhiyyə Nazirliyinin gündəmində dayanan məsələ deyil, lakin hərdən təcili yardıma aid olmayan çağırışlar edilir. AzVision.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, bu cür çağırışlar maliyyə vəsaiti hesabına başa gəlir: `Kimisi təzyiqini və yaxud da temperaturunu ölçdürmək üçün təcili yardım çağırır. Bu, doğru deyil. Təcili yardımın ödənişli olması Səhiyyə Nazirliyi qarşısında dayanan məsələ deyil, dövlət səhiyyə xidməti pulsuzdur.

Tibbi sığortaya keçiddən sonra tibb müəssisələrinin, təcili yardımın haradasa müəyyən hissəsinin gələcəkdə pullu olması mümkün ola bilər, ancaq bu, bu günün mövsuzu deyil". Nazir müavini əlavə edib ki, Azərbaycanın səhiyyə müəssisələrində qeydə alınan neqativ hallar, cərrahiyyə əməliyyatlarında səhv addımların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülür:

`Düşünürəm ki, buraxılmış səhvlər həkim səhvindən çox, səhlənkarlıqdır. Məsələn, xəstə ayağın yerinə sağlam ayağın kəsilməsi səhlənkarlıqdan, dalğınlıqdan irəli gəlib. Bu, sırf həkim səhvi deyil. Belə hallara yol verən həkimlər işdən azad olunub, hətta gücümüz çatmadıqda insanların özlərinə deyirik ki, hüquqi qiymətin verilməsi üçün məhkəməyə, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Belə hallarda cinayət işi açılır və hüquq-mühafizə orqanları tərəfindən məsələ araşdırılır`.

Elsevər Ağayev daha sonra bildirib ki, meyit orqanlarının transplantasiyası ilə bağlı qanunvericilikdə düzəliş olmalıdır. Onun sözlərinə görə, bu məsələ mütəxəssislər tərəfindən müzakirə olunub:

`Bu, bir qədər etik məsələdir. Bunun üçün seminarlar keçirilməli, müzakirələr davam etdirilməlidir. Çünki millətin özünün milli xüsusiyyətləri, etik normalar da var ki, bunlar nəzərə alınmalıdır. Ona görə də meyitdən orqanların transplantasiyasının həyata keçirilməsi sonranın işidir. Səhiyyə müəssisələrinin belə transplantasiya əməliyyatları üçün hazırdırlar`.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...