"Çıxışımdan razıyam və finala tam hazıram" - Azərbaycan idmançısı

"Çıxışımdan razıyam və finala tam hazıram" -

Bakı-2015 ilk Avropa Oyunlarını 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün tramplin hesab etmək olar. Trend-in məlumatına əsasən, bunu jurnalistlərə Azərbaycanı suya tullanma yarışlarında təmsil edən Artyom Danilov deyib.

Bu gün tramplindən suya tullanma yarışlarında 427,70 bal toplayaraq adını final mərhələsinə yazdıran idmançı bildirib ki, Olimpiya Oyunlarında iştirak etmək onun əsas məqsədidir: “Sözsüz ki, Rio-2016-ya düşmək istəyirəm. Valideynlərim mənə çox dəstək olur və Olimpiya Oyunlarına lisenziya qazanmağımı istəyirlər”.

A.Danilov Bakıdakı yarışların yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Finalda daha yüksək nəticələrə imza atacağıma ümid edirəm. Cəmi bir neçə tullanış alınmadı, qalan hər şey yaxşı oldu. Çıxışımdan razıyam və finala tam hazıram. Rəqiblərimə gəldikdə isə, məncə, ən güclüləri Rusiya, Böyük Britaniya və Danimarka atletləridir. Azərbaycan bayrağı altında çıxış etməkdən çox məmnunam”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 220 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...