FETÖ-nün 26 il əvvəlki qiyam planı üzə çıxdı

FETÖ-nün 26 il əvvəlki qiyam planı üzə çıxdı


Türkiyənin Tokat bölgəsində aparılan istintaq tədbirləri zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) 1990-cı ildə hərbi çevriliş planı hazırladığı faktı üzə çıxıb. AzVision.az Anadolu agentliyinə istinadən bildirir ki, bu barədə Tokat prokurorluğu məlumat yayıb

“Əldə edilən dəlillər nəticəsində 22 yüksək rütbəli hərbçinin təhsil aldıqları vaxt nurçularla əlaqədə olduğu üzə çıxıb. Onların hər birinə təşkilat tərəfindən kod adları qoyulub. Məlum olub ki, həmin şəxslər Fətullah Gülənlə görüşə aparılıb. Belə görüşlər bir neçə dəfə təkrarlanıb”. Məlumatda qeyd olub ki, FETÖ təşkilatı 90-cı illərdə qiyama hazırlıq görsə də, nədənsə bunu etməyib.

Qeyd edək ki, cari ilin iyul ayının 15-də Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olub. Qiyam cəhdinin Fətulla Gülənin rəhbərlik etdiyi FETÖ təşkilatı tərəfindən törədildiyi bildirilir. Məlum olayla əlaqədar Türkiyədə 32 min insan həbs olub. Onların çoxu generellar, ordunun yüksək rütbəli zabitləridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...