Neft Fondu 300 milyon zərər etdi - Breksit

Neft Fondu 300 milyon zərər etdi -


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Britaniya funt sterlinqində olan valyuta ehtiyatları üzrə Breksit qərarının verildiyi 23 iyundan bu günədək 271 mln. ABŞ dolları zərər edib.

Report xəbər verir ki, ARDNF-in investisiya portfelinə mövcud olan 1 194,3 mln. funt sterlinqin ABŞ dolları ekvivalentində dəyəri iyunun 23-də 1 793 mln. dollar idisə, hazırda bu rəqəm 1 522 mln. dollar təşkil edir. Keçən ilin analoji dövrü ilə müqayisədə isə funt sterlinq ehtiyatlarının dollar ifadəsində dəyəri 302 mln. dollar, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 444 mln. dollar olub.

Funt sterlinqin məzənnəsinin bu ilin sonuna qədər dollarla müqayisədə daha 4% ucuzlaşacağı ehtimal edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...