"Klintonun prezident seçilməsi Azərbaycan üçün uduş olar" - Qlen Hovard
“Azərbaycan ordusunun gücü aprel döyüşlərində özünü göstərdi. Azərbaycan dörd gün ərzində uğurlu müharibə apardı və ərazilərinin bir hissəsini azad etdi. Aprel hadisələrindən sonra ABŞ oyandı və dedi ki, biz Minsk prosesini davam etdirməliyik”.
AzVision.az-ın məlumatına görə, bunu Ceymstaun Fondunun prezidenti Qlen Hovard deyib. Ötən gün təmas xəttində Azərbaycan əsgərinin həlak olduğunu xatırladan Qlen Hovard ABŞ-da keçiriləcək prezident seçkilərinin Azərbaycana mümkün təsirlərindən söz açıb: “Bill Klinton hakimiyyəti dövründə praqmatikliyi ilə seçilib. Barak Obama Azərbaycana münasibətində ideoloji yanaşmanı əsas götürürdü, Klintonlar isə praqmatik yanaşmanı əsas götürürlər. Əgər Hillari prezident seçilərsə, onun administrasiyası ilə Obama administrasiyası arasında ola biləcək əsas fərqi bunda görürəm. ABŞ və Rusiya Qarabağ məsələsində necə əməkdaşlıq edə bilər? Hillari Klintonun prezident seçilməsi Azərbaycan üçün uduş və müsbət hal olar. Donald Trampın seçilməsi də müəyyən amillərə görə Azərbaycan üçün müsbət sayılacaq”.
Q.Hovard Ermənistanda “İsgəndər” raketlərinin olmasına münasibət bildirib. O qeyd edib ki, bu raketlərin Ermənistanda olması Qafqazda təhlükəli vəziyyət yaradır: "Ermənistanın "İsgəndər" silahları alması yeni silah yarışı yarada bilər. ABŞ bunu başa düşməlidir. Fərqi yoxdur, istər Hillari Klinton, istərsə də Donald Tramp administrasiyası üçün Azərbaycan əhəmiyyətli ölkə olacaq Təbiidir ki, Azərbaycan da özünü müdafiə etməlidir. Biz bilmirik, amma Azərbaycan özünü müdafiə etmək üçün nəsə edəcək. İndi 90-cı illər deyil, Azərbaycan inkişaf edən ölkədir, dünyanın bir çox ölkələri ilə sıx əməkdaşlığı var və ona görə də müxtəlif variantlardan yararlana bilər”.
723 dəfə oxundu