“Dini etiqad azadlığı haqqında” qanun sərtləşdirildi
Milli Məclisin hazırda davam edən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb
Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İctimai birliklər və Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Dəyişikliklər dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumun ləğvi, dini ekstremizm əleyhinə aparılan əməliyyatlar zamanı əməliyyat zonasının hüquqi rejimi ilə bağlı yeni tələblər, eyni zamanda dini fanatizm zəmnində milli, irqi ayrı seçkiliyin salınması, bunun maliyyələşdirilməsi ilə bağlı 5 ilədək azadlıqdan məhrum etmə sanksiyalarını əhatə edir.
Komitə sədri bildirib ki, Cinayət Məcəlləsindəki dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alır. O, deyib ki, müstəqillik dövründən bu günə qədər Azərbaycanda 3 min nəfər xaricdə dini təhsil alıb: “Azərbaycanda 2166 məscid var, onun da 1600-ü daimi fəaliyyət göstərir. Həmin şəxslərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirir. Bu gün Azəraycanda həm Bakı Dövlət Universitetində, həm də islam universiteti fəaliyyət göstərir ki, ölkəmiz bu ali məktəblər vasitəsilə öz mütəxəssislərini yetişdirir. Artıq bu proses gedir və davamlı şəkildə aparılacaq. O cümlədən xaricə gedib orada təhsil alıb informasiya almaq məsələləri də bizim gündəliyimizdə var”.
S.Novruzovun dediyinə görə, təklif olunan dəyişikliklər Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərilməsinin, həm dövlətin konstitusion quruluşunun dəyişdirilməsinin, həm də Azərbaycanda dünyəvilyin pozulmasının qarşısını alır. Xaricə gedib orada təhsil alıb informasiya almaq məsələləri də bizim gündəliyimizdə var. İctimai televiziya, eləcə də televiziya və teleradio yayımları haqqında qanunda da göstərilib ki, informasiyalar hansı miqdarda hansı hallarda hansı formada gedə bilər. Əks halda onların fəaliyyəti dayandırılacaq”.
“Xaricdən sifariş almaq təhlükəlidir. Bu gün ölkədə bununla bağlı real təhlükə var”. Bunu isə deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, kimsə Səudiyyə Ərəbistanından, kimsə Türkiyədən, kimsə İrandan təlimat alır: “Burada sifariş almaq məsələsini ortaya çıxarmaq lazımdır. Xaricdən dini əqidə formasında idarə olunan qurumların da idarə olunması qadağan olunmalıdır. Bu gün xeyli sayda idarə olunan KİV orqanları da var. Burada media mənsublarının məsuliyyəti məsələsi də nəzərə alınmalıdır. Jurnalistlərin fəaliyyətinə də sanksiyalar tətbiq olunmalıdır. Din insanın içində olmalıdır, hoqqabazlıq göstərmək üçün deyil”.
“Bu gün din pərdəsi adı altında müəyyən qüvvələr öz çirkin məqsədlərini həyata keçirilər”. Bu fikirləri isə deputat Qənirə Paşayeva səsləndirib. Onun sözlərinə görə, indiyədək Azərbaycanda dini təriqət və məzhəb baxımından heç zaman münaqişə yaşanmayıb. “Sadəcə bu gün biz dünyada dini rərdə altında öz çirkin məqsədlərini həyata keçirən qüvvələrin şahidi oluruq. Din pərdəsi altında dünayanın bir şox ölkəsi cəhənmnəmə çevrilib. Mən elə bu günlərdə Kərküklərin nümayəndəsi ilə əlaqə saxladım və oradakı vəziyyətlə maraqlandım. Deputat bildirib ki. burada din adı altında terror təşkilatları bir cəhənnəm yaradıblar. Burada insanlar əziyyət içərisindədir. O deyib ki, Azərbaycan hər zaman bizə dəstək olub və ümid edirik ki, Azərbaycan bundan sorna da müxtəlif platformalarda dsətək verəcək, yanımızda olacaq”- deyə, millət vəkili vurğualyıb.
Q.Paşayeva ümidvar olduğunu bildirib ki, Azərbaycan bundan sonra da Kərkukdə yaşayan soydaşlarımıza sahib duracaq və onlarə dəstək verəcək. “Ona görə də dini ekstremizmə qarşı mübarizə sərt formada aparılmalıdır. Düzdür, Azərbaycanən müvafiq qurumları bu istiqamətində fəaliyyət göstəriri. Ancaq cəmiyyət olaraq mövqeyimiz birmənalı olamalı və bu tendensiyaya qarşı aktiv mübarizə aparmalıyıq”- o, qeyd edib. Millət vəkili onu da əlavə etdi ki, dini ekstremizimin qarşısını almaq üçün öz dini alimlərimiz yetişdiməliyik: “Biz bu yolla maarifləndirmə işi aparılmalıdır”.
Deputat Musa Qasımlı da bu məsələyə kifayət qədər həssas yanaşmanın tələb olunduğunu deyərək xüsusilə də xaricdə təhsillə bağlı məsələyə ciddi yanaşma zərurətindən bəhs edib.
Deputat Zahid Oruc xaricdə təhsil almış 3 min nəfərin də Azərbaycan vətəndaşları olmasını xatırladıb. Eyni zamanda qeyd edib ki, Azərbaycan İslam Universiteti pulsuz təhsil verərsə, bununla bağlı dövlətin dəstəyi olarsa, xaricə təhsil almağa gedənlər ölkədə təhsil almağa üstünlkü verər: “Unutmayaq ki, xaricə gedənlər həm də pulsuz təhsil alacaqlarına görə bu seçimi edirlər”.
Vitse-spiker Bahar Muradova isə qanunun yalnız dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumları əhatə edən bir maddəsinin dəyişdirildiyini deyib və konkret maddə ətrafında danışmağı təklif edib.
Spiker Oqtay Əsədov isə “xahiş edirəm qanun layihəsini düzgün oxuyasınız və biləsiniz ki, konkret nəyi müzakirə edirik. Biz bu qanunu qəbul etmişik və bir maddəyə dəyişiklik edirik. Buna görə bu qədər çıxış etmək olmaz axı” deyə, irad tutdu və məsələni səsverməyə çıxardı.
Bundan sonra qanuna edilən dəyişikliklə əlaqədar layihə səsə qoyularaq qəbul edilib.
“Kütləvi informasiya vasitələri haqqında” qanuna da müvafiq dəyişikliklər edilib. Burada dini ekstremizmə qarşı nəzərdə tutulmuş əməliyyat məlumatlarının yayılmasına yol verilməməsi məsələsi əksini tapır. Həmçinin dəyişikliyə görə, əməliyyat aparılan xüsusi zonada KİV əməkdaşlarının iştirakı əməliyyatı aparan orqan tərəfindən müəyyən ediləcək.(Musavat.com)
1 050 dəfə oxundu