Sabah Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq

Sabah Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulacaq


Bakı şəhərinin Pirallahı Sənaye Parkında noyabrın 2-də Azərbaycan İnvestisiya Şirkəti və Rusiyanın “R-Farm” şirkətinin iştirakı ilə investisiya dəyəri 74 mln. ABŞ dolları olan əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulacaq. Bunu bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

"Azərbaycanın “Karat Holdinq” şirkəti bu il Yesentuki şəhərində 25 mln. dollar dəyərində Sanatoriya-Kurort Mərkəzini istifadəyə verib. “Azersun Holding” Krasnodar vilayətində 8 mln. dollarlıq meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 mln. dollar dəyərində çay fabrikini tikib", - nazir deyib.

O bildirib ki, bununla yanaşı, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir: “Karvan-L” şirkəti Kabardin-Balkar Respublikasında “Stalprom” şirkətinin tikintisi və təchizatı, Dağıstanda isə təqribən 1,5 mln. dollar dəyərində “Anji” İdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb. “Mətanət A” şirkəti isə Krasnodar vilayətində 33 mln. dollar dəyərində quru tikinti qarışıqları istehsalı zavodunun tikintisinə başlayıb."



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...