Ən çox “2” almış rayonların adları açıqlandı - SİYAHI
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16 iyun tarixlərindərespublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Bu imtahanlarda XI sinfi bitirən 86156şagird iştirak edib. Artıq buraxılış imtahanlarının nəticələri də məlumdur.
Modern.azsaytı TQDK-dan əldə etdiyi məlumat əsasındaXI siniflər üçün keçirilən buraxılış imtahanlarında ən aşağı nəticə göstərmiş rayonların siyahısını təqdim edir.
Belə məlum olur ki, həm Ana dili, həm də riyaziyyat fənnindən bu il məzunları ən aşağı nəticə göstərən rayonSabirabaddır. Bu rayonun məktəblərində təhsil alan şagirdlərin 46,80 faizi Ana dilindən, 50,59 faizi isə riyaziyyatdan "2” alıb.
Məzunları pis nəticə göstərən ikinci rayonDaşkəsəndir. Bu rayonda 11-ci sinfi bitirən məzunların 43,82 faizi Ana dili, 49 faizi riyaziyyatdan "2” qiyməti alıb.
Xoşagəlməz siyahıda üçüncü yeriAğcəbədirayonu tutur. Belə ki, Ağcəbədidə məzunların 46,22 faizi riyaziyyatdan, 39 faizi Ana dilindən "2” alıblar.
Gədəbəyməzunları ən pis nəticə göstərən dördüncü rayondur. Bu rayonda 11-ci sinfi bitirən məzunların 41 faizi Ana dilindən, 36,73 faizi isə riyaziyyatdan "2” qiyməti alıblar.
Məzunları Ana dili və riyaziyyatdan "2” alan rayonlar sırasında ilk "beşlik”Hacıqabulrayonu ilə qapanır. Hacıqabullu məzunların 36,22 faizi Ana dilindən, 44,13 faizi isə riyaziyyatdan "2” qiyməti alıblar.
1 311 dəfə oxundu