Dollardan imtina çıxış yolu deyil – Ekspert

Dollardan imtina çıxış yolu deyil –


Rusiya və Türkiyənin dollardan imtina etməsi bu valyutanın məzənnəsinə təsir etmir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya və Türkiyənin dollarsız xarici ticarət anlaşmasının dolların məzənnəsinə təsirini şərh edən iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert hesab edir ki, dünya ehtiyatlarının 64 faizinin saxlandığı pul vahidinə aralarında illik ticarət dövriyyəsi 23,9 milyard dollar olan ölkələrin razılaşması təsir etməyəcək:

“Avronun son 2 gündə möhkəmlənməsi isə daha çox İtaliyadakı seçkilərlə bağlıdır. Digər tərəfdən, hətta sözügedən ölkələr xarici ticarətdə başqa valyutadan istifadə etsələr də, bu, həmin dövlətlərin vətəndaş və şirkətlərinin dollarlaşma səviyyəsini azaltmayacaq. Riskləri sığortalamaq üçün hətta biznes belə aktivlərinin əhəmiyyətli hissəsini dollarda saxlamağa üstünlük verəcək. Yəni dövlətlər anlaşmada dollardan imtina edə bilər, amma vətəndaşlar və sahibkarlar bunu etməyəcəklər. Eyni zamanda, belə anlaşmaların nə qədər uzun müddətli olması və necə monitorinq edilməsi də müzakirə tələb edir. Tarixən belə cəhdlər çox olub, amma dollar güclənməkdə davam edib. Bu baxımdan hələlik dolların məzənnəsinə təsir edə biləcək yeganə ölkə elə ABŞ-ın özüdür. Amerikalılar isə hələlik möhkəm dollardan məmnundurlar”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə dolların bahalaşmasına cavab olaraq əhalini bu valyutadan imtina etməyə çağırıb. Onun sözlərinə görə, Türkiyə, Rusiya, İran və Çin qarşılıqlı ticarətdə dollardan imtina edərək öz valyutalarından istifadə edə bilərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
750 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...