Metrostansiyaların qarşısında çadırların qurulma səbəbləri məlum oldu - FOTOLAR

Metrostansiyaların qarşısında çadırların qurulma səbəbləri məlum oldu -


Paytaxtda müxtəlif yerlərdə çadırlar qurulub. Gundeminfo.az Fins.az-a istinadən xəbər verir ki, hələlik bu çadırlara paytaxtın 3 ərazisində - “28 May”, “Nəriman Nərimanov” və “Koroğlu” metrostansiyalarının qarşısında rast gəlinir. Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov açıqlamasında çadırlarda Yeni il yaramarkalarının təşkil ediləcəyini bildirib.

“Hələlik 3 yarmarka qurulsa da, amma bu çadırlarda heç nə satılmır. Onların sayının 10-na çatdırılması planlaşdırılıb”.
Ə.Bağırovun sözlərinə görə, çadırların çoxalmasına ehtiyac olacağı təqdirdə, çadırların sayının artacağı istisna edilmir.

“Bu yarmarkalarda Yeni il aksessuarları, uşaqlar üçün müxtəlif hədiyyələr, bayramla bağlı satışlar həyata keçiriləcək. Yarmarkaların dekabrın 15-dək qurulub yekunlaşdırılması nəzərdə tutulub.

Çadırların metrostansiyalarının yaxınlığında olması planlaşdırılır. Belə yarmarkaların qurulmasında məqsəd əhalini əziyyət çəkmədən daha ucuz bayram alış-verişi etməsini təmin etməkdir”, - deyə o deyib. Onun sözlərinə görə, yanvarın əvəllərinə kimi davam edəcək yarmarkalarda qiymətlərə xüsusi nəzarət olacaq.


Metrostansiyaların qarşısında çadırların qurulma səbəbləri məlum oldu -
Metrostansiyaların qarşısında çadırların qurulma səbəbləri məlum oldu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...