“Heydər” məscidində İstanbuldakı terror zamanı şəhid olanların ruhuna dualar oxunub

“Heydər” məscidində İstanbuldakı terror zamanı şəhid olanların ruhuna dualar oxunub


Bu gün Bakının Binəqədi rayonunda yerləşən "Heydər" məscidində zöhr namazı qılındıqdan sonra ulu öndər Heydər Əliyev xatırlanıb, ruhuna dualar oxunub.

Məsciddən "Report"a verilən məlumata görə, Türkiyənin İstanbul şəhərində törədilən terror aktı nəticəsində şəhid olanların ruhlarına da dualar edilib: "Namazda İstanbulda terror aktı nəticəsində şəhid olanların ruhuna dualar oxunub. Gün ərzində qılınacaq bütün namazlarda şəhidlərin xatirəsini anılması davam edəcək, onlara Allahdan rəhmət diləniləcək".

Xatırladaq ki, İstanbulda törədilən terror aktı nəticəsində 44 nəfər şəhid olub. Ölənlərdən 36-sı polis əməkdaşı, 8-i mülki vətəndaşdır.

Terrorun məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
753 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...