Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü qeyd olunub - FOTOLAR

Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü qeyd olunub -


12 dekabr 2016-cı ildə Biləsuvar rayonundakı Heydər Əliyev Parkında Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş rayon tədbiri keçirildi.Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak etdi.

Ulu Öndərə olan məhəbbətlərini ifadə edən Biləsuvarlılar Dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoymuşlar, əziz xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra rayon sakinləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən fotosərgilərdən ibarət muzeyi ziyarət etdilər.

Ümummilli liderin anım günü tədbirləri çərçivəsində rayon ictimaiyyətinin, ağsaqqalların və din xadimlərinin iştirakı ilə ehsan süfrələri təşkil olundu, Ulu Öndərin ruhuna dualar oxundu.

Mərasimdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Ulu Öndərin həyat və fəaliyyəti haqqında danışaraq bildirdi ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎

60-cı illərin sonlarında keçmiş SSRİ-nin əyalətlərindən biri olan Azərbaycanın iqtisadiyyatında, cəmiyyətin ictimai-siyasi həyatında narahatlıq doğuran tənəzzül proseslərinin açıq müşahidə edildiyi bir zamanda respublikanın rəhbərliyinə gələn Heydər Əliyev ittifaqın güclü iqtisadi potensialından səmərəli istifadə edərək Azərbaycanı qısa müddət ərzində tərəqqi yoluna çıxartdı. Azərbaycanda geniş tikinti-quruculuq işləri aparıldı. Saysız-hesabsız sənaye müəssisələri salındı. Respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsal sahələri yardıldı. İnsanların yaşayış səviyyəsi ildən-ilə yüksəldi.Bu böyük şəxsiyyət Azərbaycanın həmin dövr və uzaq gələcəyi, daha doğrusu müstəqillik dövrü üçün zəruri vəzifələri peşəkarlıqla, ustalıqla yerinə yetirir və inkişaf etdirirdi.1982-1987-ci illərdə Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri, Siyasi büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrinə yüksəlir.

Xalqımızın sədaqətli oğlu Azərbaycan müstəqillik savaşına qalxdığı günlərdə səsini onun haqq səsinə qataraq azərbaycanlılara və Azərbaycanda qanlı cinayət törədənlərə qarşı qətiyyətlə mübarizə aparmışdır. 1990-cı ilin 20 Yanvar qırığınından hiddətlənərək bu qanlı hadisəni törədən imperiyanın paytaxtından on minlərlə həmvətənimizin ön sırasında duran Heydər Əliyev əzmkarlığı, qanlı Bakı faciəsinin günahkarlarını lənətləyən gur səsi xalqımızın azadlıq mücadiləsində daha möhkəm birləşəməsinə güclü təkan verdi.

1993-cü ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun, xaosun kulminasiya nöqtəsinə çatması və ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.Hər şeydən əvvəl əmin-amanlığın, qanunçuluğun bərpa olunması, müstəqilliyin qorunub saxlanması istiqamətində uğurlu addımlar atıldı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı, ölkədə davamlı sabitlik təmin olundu.

Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. O Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsədə ikinci dövrdə yalnız və yalnız ölkəmizin inkişafı, qüdrətli və güclü bir dövlətin yaradılması, xalqımızın firavan yaşaması amalı ilə yaşadı və biliyi və rəhbərlik istedadı sahəsində olan bacarıqları əsasında bu istəklərini həyata keçirdi.

Heydər Əliyev Azərbaycan xalqına təkcə suveren dövlət, möhkəmləndirilmiş müstəqillik, tərəqqi, azadlıq yox, bunlara bərabər həm də gələcəyə inam və gələcək inkişaf üçün hazır proqramı əmanət qoyub getdi. O, dövlətçilik idieologiyasını işləyib hazırladı, onu həyata keçirdi, dövlətin özünü qurdu. Azərbaycanda unitar dövlətçilik ənənələri yaratdı. Azərbaycan dövlətinin bütövlüyünü qoruyub saxlamağın vacibliyi fikrini gələcək nəsillərə təlqin etdi.
M.Quliyev qeyd etdi ki, bu gün Azərbaycan xalqı bu siyasi kursun davam etdirilməsinin tarixi zərurət olduğuna qəti şəkildə əmindir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin başladığı, lakin sona çatdıra bilmədiyi işləri çox böyük müdrikliklə, qətiyyətlə həyata keçirməkdədir.

Cənab Prezident İlham Əliyev məhz bu həqiqətləri qətiyyətlə təsdiq edərək deyir: “Xalqa, millətə xidmət etmək, ölkəmizi gücləndirmək, Azərbaycanın müstəqilliyini gücləndirmək Heydər Əliyev siyasətinin əsas istiqamətləridir. Biz bu siyasətə sadiqik”.

Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.

Bu gün müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı ilə, onun iradəsi, istedadı, əzmi, vətən sevgisi, yorulmaz fəaliyyəti ilə bağlıdır. Azərbaycan xalqı özünün əbədiyaşar Prezidenti, ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini daim uca tutacaq, böyük Heydər Əliyev yolu ilə gedərək, bu yolun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, bu ideyaların gerçəkləşdirilməsində qüvvə və səylərini əsirgəməyəcəklər.

Mərasimdə çıxış edən digərləri də Ulu Öndərin istər sovetlər ittifqı zamanı, istərsə də müstəqil respublikamıza rəhbərliyi dövrlərində həyata keçirdiyi islahatlardan,dövlət quruculuğu sahəsində gördüyü işlərdən, ölkənin sosial inkişafına yönəlmiş layihələrdən danışdılar.


Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü qeyd olunub -
Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü qeyd olunub -
Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü qeyd olunub -
Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü qeyd olunub -
Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü qeyd olunub -
Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü qeyd olunub -
Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü qeyd olunub -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 161 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...