Belarusun baş naziri: "Azərbaycandan neft alışı üzərində iş gedir"

Belarusun baş naziri: "Azərbaycandan neft alışı üzərində iş gedir"


2016-cı ilin oktyabr ayında Moskva və Minsk neft-qaz sahəsinə aid bütün məsələləri həll edib, lakin Rusiya tərəfi öz mövqeyini dəyişib. Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində Belarusun baş naziri Andrey Kobyakov bildirib.

"Rusiya tərəfi ilə danışıqlarımız 2015-ci ilin yayından etibarən davam edir. Hazırda aktiv dialoq davam edir və biz inanırıq ki, aktiv dialoq yolu kompromis nəticə əldə olunacaq. Yaradılan şəraitlər bərabər olmalıdır. Ümid edirəm ki, hər iki tərəfi qane edən nəticə əldə olunacaq. Bizim əməkdaşlığımızın əsasında inteqrasiyaya dayanmalıdır. Əks halda inteqrasiya işləməyəcək. Enerji sahəsində Rusiya ilə Belarusun əlaqələrini pis adlandırmaq olmaz. Dəqiqləşdirsək, söhbət münasibətlərin yaxşı ilə pis arasında olmasından deyil, yaxşı və daha yaxşının arasında olmasından gedir. Belarusu yalnız aldığı qazın qiyməti maraqlandırmır. Hərçənd, bu da olduqca vacibdir. Rusiyanın Belarusla sərhəddə yerləşən ərazilərində qazın qiyməti bizə satılandan ikiqat bahadır. Bu isə bizim məhsullarımızın rəqabətqabiliyyətliliyinə təsir edir. Rusiya bununla bağlı müvafiq tənzimləmələr aparmalıdır. Nəzərə almaq lazımdır ki, bunun üçün hüquqi baza mövcuddur və sənəd 2011-ci ildə imzalanıb", - deyə baş nazir qeyd edib.

Hökumət başçısı əlavə edib ki, Rusiya hökumətinin qəbul etdiyi qərarları nəzərə alaraq, Belarus neft məhsullarının alış mənbələrini diversifikasiya etmək məcburiyyətindədir: "Azərbaycandan neft alışı üzərində iş gedir. Bununla yanaşı, başqa variantlar da nəzərdən keçirilir. Alternativ hər zaman olmalıdır. Bu, sizə müqayisə imkanı yarıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...