Milli Məclisin iclası Zeynəb Xanlarovanı təbriklə başladı

Milli Məclisin iclası Zeynəb Xanlarovanı təbriklə başladı

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası öz işinə başlayıb.

Musavat.com-un məlumatına görə, spiker Oqtay Əsədov qeydiyyat və gündəliyin təsdiqindən sonra bildirib ki, iki gün bundan əvvəl xoş bir hadisə baş verib: “Azərbaycan Respublikasının xalq artisti, deputat həmkarımız Zeynəb Xanlarovanın 80 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən ona ən yüksək orden, "Heydər Əliyev Ordeni" təqdim olunub. Bu münasibətlə, həm də yubileyi münasibətilə Zeynəb xanımı öz adımdan və Milli Məclisin üzvləri adından təbrik edirəm”.

Deputatlar spikerin bu çıxışını alqışlarla qarşılayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...