Maşallah Əhmədovun məhkəməsi yenə təxirə düşdü - hakimin səhhətində problem yaranıb

Maşallah Əhmədovun məhkəməsi yenə təxirə düşdü -


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə davam etdirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Trend-in məlumatına görə, prosesin təxirə salınmasına səbəb hakim M.Xankişiyevin səhhətində problem olması göstərilib. Proses qeyri-müəyyən müddətə təxirə düşüb.

Qeyd edək ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
876 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...