"Siyəzən Broyler"ə ağlr ittihamlar İNANILMAZ
Ölkə mediasında broyler toyuqlarla bağlı son zamanlar xoşagəlməz fikirlər səsləndirilir. Satışda olan broyler toyuqlarını dərmanlar vasitəsilə tez bir zamanda böyüdülərək cəmiyyətə təklif edirlər. Bundan xəbərsiz olan vətəndaşlar isə bu cür işbazların qurbanına çevrilir. Bəzi insanlar kənd toyuqlarına üstünlük verirlər. Lakin kənd toyuqlarının qiyməti baha olduğundan onu hər kəs alıb istifadə edə bilmir. Bu səbəbdən də insanların əksəriyyəti satışda olan broyler toyuqlarından alır. Lakin onu da qeyd edək ki, kənd toyuğu adı altında broyler toyuqları da satışa çıxarılır. Xüsusilə də ədviyyatlarla rəngləyərək istehlakçıları aldatmağa çalışırlar. Hətta bazarlarda bir neçə dəfə belə hallar müşahidə olunub. Lakin satıcılar təkidlə satdıqları məhsulun kənd məhsulu olmasına camaatı inandırmağa çalışır. Lakin hər şey göz qabağındadır.
Bundan başqa broyler fabrikləri qapalı məkanlardır. Heç kəsə imkan vermirlər ki, həmin məkanlarda araşdırma aparılsın. Maraqlıdır ki, əgər həmin fabriklərdə hər şey öz yolunda gedirsə, hansısa qanunsuzluqlara yol verilmirsə, nədən həmin fabriklər ictimaiyyətə açıq olmur?
Aparılan tədqiqat zamanı broyler fabriklərində quşlara geni dəyişdirilmiş yemlərin verildiyi aşkarlanıb. Qeyd edək ki, istehlakçılar broyler toyuqlarından istifadə etməyə məcburdurlar. Ona görə də toyuğu bişirəndə qaynadıb suyunu çıxarmalı, termik emaldan keçirməlidirlər. Bir sözlə, diqqətli olsunlar. Vətəndaşlar isə bildirirlər ki, bazarlarda kənd toyuqları satışa çıxarırlar. Lakin onların da iynə dərmanla böyüyüb-böyüməməsini ayırd etmək mümkün olmur. Daha heç nəyə etibar yoxdur. Bəziləri kənd toyuqları adı altında elə broyler toyuqları satırlar. Özü də od qiymətinə. Birinci hər ailənin bu toyuqları almağa gücü çatmır. İkincisi də insanları o qədər aldadırlar ki, keyfiyyətinə belə şübhə ilə yanaşırıq. Ona görə də insanlar elə broyler toyuqları alırlar. Broylerlə də bağlı gündə bir xəbər eşdirik. Daha kimə və nəyə inanacağımızı bilmirik.
Əldə etdiyimiz xəbərə görə, "Siyəzən broyler" quşçuluq fabrikinin fəhlələrinə günorta və axşam naharlarında ölmüş toyuq əti yedirdirlər. Bu onu deməyə əsas verir ki, satışa çıxarılan broyler toyuqları da ölmüş toyuqlar ola bilər. Bu vaxta qədər broyler toyuqlarının xüsusi dərmanlarla böyüdüldüyündən xəbərimiz olmadığlna görə, satışda olan broyler toyuqlarının ölü toyuqlar olmamasına kim zəmanət verir.Məlumat üçün deyək ki, təbii yolla toyuğun böyüməsinə 12-16 həftə vaxt tələb olunur, broyler toyuqları isə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olurlar. Bu zaman toyuqlar dayanmadan yemlənir və demək olar ki, fəaliyyətsiz bəslənirlər. Bu xüsusiyyət ətlik istiqamət üçün çox əlverişlidir. Toyuqlar kəsilən kimi - 20 dərəcədə dondurulur. Buna şoklama deyilir. Bu zaman heç bir keyfiyyət fərqi baş vermir.
Bir sıra Rusiya və Türkiyə mənbələrinin yazdığına görə, broyler toyuqlarının yeminə antibiotik və hormonal preparatların qatılması onların ətlənməsinə və müxtəlif xəstəliklərdən müdafiə olunmasına xidmət edir.
1 362 dəfə oxundu