Azərbaycanda 2 ailədə nadir xəstəlik aşkarlanıb - Bruqada Sindromu

Azərbaycanda 2 ailədə nadir xəstəlik aşkarlanıb -

Azərbaycanda 2 ailədə nadir xəstəliklərdən hesab olunan Bruqada Sindromudur (BS) aşkarlanıb.

Trend-in məlumatına görə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının müdir əvəzi İsax Mustafayev bildirib ki, şəxsi təcrübəsində

Azərbaycanda iki ailədə bu sindrom müşahidə olunub: “Bizə 18 yaşında gənc qız çox ağır bayılma epizodu ilə müraciət edib. Həmin qızda kliniki və laborator müayinələrdə patologiya aşkar olunmadığı, bayılma baş verdikdən sonra tez müddətə ayıldığı üçün ailəyə təsəlli verdim ki, qorxulu bir şey yoxdur. Bayılma halları təkrar olunarsa, onu uzadaraq ayaqlarını bir az yuxarı qaldırmaq bəs edər. Lakin atası bizə ciddi şəkildə xəbərdarlıq etdi ki, onun həyat yoldaşı 45 yaşında yuxuda ürəyi dayanaraq dünyasını dəyişib. Ötən il isə oğlan övladı 17 yaşında eyni səbəbdən yuxuda ölüb. Bundan sonra həmin qızın təkrar ürək elektrokardioqramasına baxdıq. Bu zaman bruqada sindromumun göstəricilərini müşahidə etdik. Həmin qıza müvafiq aparat taxdıqdan sonra ölüm halı baş vermədi”.
İ.Mustafayev deyib ki, Bruqada Sindromunun genetik olaraq nəsildən-nəslə keçərək müxtəlif həyati təhlükə arretmiyaları törədə bilir.
Onun sözlərinə görə, arretmiyalar ürək dayanması ilə bərabər qəfləti ölümə səbəb olur.
İ.Mustafayev qeyd edib ki, Bruqada Sindromu ürəkdə heç bir struktur patologiyası olmayan insanlarda müşahidə olunan anadangəlmə (birincili) kanalopatiyadır ki, autosom-dominant tip irsiyyətlə örtürülür. Onun sözlərinə görə, bu sindrom uşaqlıq yaşından başlayaraq özünü büruzə verə bilər və müalicə olunmadıqda xəstə 30-40 yaşlarında ölür: "Sindromun yayılmasının həqiqi göstəriciləri məlum deyil. Ümumi məlumatlara əsasən, Uzaq Şərqdə və Cənubi Şərqi Asiyada bu sindrom daha çox yayılıb. Onun sözlərinə görə, Bruqada Sindromu izah olunmaz qəfləti ölümlərin 4-12 faizini təşkil edi. Strukturu normal ürəkdə baş verən qəfləti ölümün isə 20 faizinin əsas səbəbi bu sindromdur. Kişilərdə qadınlara nisbətən bu sindroma yoluxma 8-10 dəfə çox olur. Sindrom olan xəstələrdə dərman müalicəsindən geniş istifadə olunmur. Çünki bu patalogiya zamanı ölümü ciddi azaldan dərman preparatı hələlik icad olunmayıb. Sindromun aradan götürülməsi üçün ən effektiv metod elektroimpuls terapiyası (EİT) hesab edilir. Əgər xəstənin anamnezində (tarixçəsində) qəfləti ölüm halı olubsa və ya tez-tez bayılmalar olursa, ona mütləq şəkildə implanta olunan kardivertor deffibulyator (İSD) aparatı qoşulmalıdır. Bu müalicə üsulu Azərbaycanda uğurla icra olunur”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 009 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...