İŞİD Suriyanın Əl-Bab şəhərindən çəkildiyini bildirib

İŞİD Suriyanın Əl-Bab şəhərindən çəkildiyini bildirib


İŞİD terror qruplaşması Suriyanın şimalındakı Əl-Bab şəhərindən çəkildiyini bildirib.
"Report"un məlumatına görə, bu barədə "Əl-Məyadin" telekanalı xəbər verib.

Telekanal həmçinin qeyd edib ki, İŞİD terrorçuları ilə 104 günlük hərbi toqquşma zamanı bu ərazidə Türkiyə ordusunun 400 hərbçisi həlak olub.
Qeyd edək ki, bundan əvvəl Suriya üsyançıları Əl-Bab şəhərinə nəzarəti ələ aldıqlarını bildiriblər. Türkiyənin müdafiə naziri Fikri İşıq da bildirib ki, Əl-Babın demək olar, bütün ərazisi Türkiyə Hərbi Qüvvələrinin dəstək verdiyi Suriya üsyançılarının əlindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...