Banklardan əmanətlərin kütləvi çıxarılması sürətlənib

Banklardan əmanətlərin kütləvi çıxarılması sürətlənib


Banklardan əmanətlərin kütləvi çıxarılması sürətlənib. Bu barədə iqtisadçı ekspert Əkrəm Həsənov bildirib.

O, Mərkəzi Bankın onsuz da həmişə gec açıqladığı statistik məlumatların dərcini bu dəfə xeyli gecikdirməsinə diqqət çəkib: “Bu gün Mərkəzi Bank nəhayət ki, məlumatları açıqladı. Mənim gec açıqlanan məlumatlara etimadım azdır, amma hətta bu məlumatlar da göstərir ki, vəziyyət ürəkaçan deyil. Mərkəzi Bankın rəsmi məlumatına görə, əhali may ayı ərzində banklardan külli məbləğdə - 116 milyon manatdan artıq əmanət çıxarıb”.

Ə.Həsənov xatırladıb ki, banklardan mart ayı ərzində 151, aprel ayı ərzində isə 64 milyon manatdan çox əmanət çıxarılıb: “Proses hələ də davam edəcək. Çünki Mərkəzi Bank adekvat və lazımi tədbirləri görmür”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 194 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...