Mərkəzi Bank üçün 141 metrlik yeni bina tikilir

Mərkəzi Bank üçün 141 metrlik yeni bina tikilir


Bakıda Azərbaycan Mərkəzi Bankı üçün yeni inzibati bina tikiləcək. Bu barədə “Azadlıq” qəzeti yazıb. Qəzetin yazdığına görə, Mərkəzi Bankın yeni inzibati binasının hündürlüyü 141 metr olacaq: “Dövlət Neft Fondunun hündürlüyü 126 metr olan binasının 85 milyon manata başa gəldiyini nəzərə alsaq, o zaman Mərkəzi Bankın yeni binasına 100 milyon manatdan artıq vəsait xərclənəcəyi söyləmək olar”.

Virtualaz.org saytı xatırladır ki, Mərkəzi Bank üçün yeni inzibati bina tikintisinə dair qərar Nazirlər Kabineti tərəfindən hələ 2011-ci ildə verilib. Bu məqsədlə Heydər Əliyev prospektində müvafiq torpaq sahəsi də ayrılıb. Lakin tikinti işləri tezliklə də dayandırılıb.

Onu da qeyd edək ki, Mərkəzi Bankın indiki ofisi 1998-ci ildə istismara verilib. Bank üçün yeni ofisin tikilməsi zərurəti bütün əməkdaşları orada yerləşdirməyin mümkün olmaması ilə izah olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...