“Cari ilin ikinci yarısında neftin qiyməti sabitləşəcək”

“Cari ilin ikinci yarısında neftin qiyməti sabitləşəcək”

“Neftin qiyməti ilə bağlı indidən proqnoz vermək düzgün olmaz”. “APA-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib. “Heç kim deyə bilməz ki, neftin qiyməti necə olacaq. Neftin qiyməti təkcə iqtisadi amillərdən yox, siyasi, geosiyasi amillərdən də asılıdır. Ona görə, hesab edirik ki, neftin qiymətinin maya dəyəri səviyyəsindən aşağı düşmək imkanı yoxdur və olmayacaq. Neftin hazırkı qiyməti ən aşağı həddədir”, - deyə R. Abdullayev bildirib. SOCAR prezidentinin proqnozlarına görə, cari ilin ikinci yarısında “qara qızıl”ın qiyməti sabitləşəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...