Son iki gündə 11 nəfəri gün vurub

Son iki gündə 11 nəfəri gün vurub

Son iki gündə Bakı şəhərində günvurmadan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 11 nəfər müraciət edib. Onlardan 4-ü xəstəxanalara yerləşdirlib, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

“Səhiyyə Nazirliyi havaların insanlara günün pik saatlarında açıq havada olmamağı məsləhət görür”, mətbuat xidmətinin əməkdaşı bildirib.

Xatırladaq ki, bu il iyunun 1-də Bakı şəhərində günvurmadan 83 adam Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Onlardan 36 nəfər xəstəxsanalar yerləşdirilib, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xatırladaq ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 8-də Bakıda və Abşeronda quru və isti hava şəraiti davam edəcək. Havanın temperaturu +38 +41 dərəcə olacaq.

Ölkənin regionlarında da hava quru və isti olacaq. Aran rayonlarında havanın temperaturu +42 dərəcəyə qədər yüksələcək. Dağlıq rayonlarda +34 dərəcəyə qədər isti olacaq

İsti havalar avqustun 10-dək davam edəcək ("Amerikanın səsi").



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...