Tərtərdə növbəti səyyar qəbul-görüş Kəbirli kəndində oldu - FOTOLAR

Tərtərdə növbəti səyyar qəbul-görüş Kəbirli kəndində oldu -


Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəbirli kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadənin kənd əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti barədə məlumatından sonra söz kənd ağsaqqalı Vəli Xasıyevə verildi. O, qəbula gələnləri salamlayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən kənd əhalisinə göstərilən diqqət və qayğıya görə sakinlər adından minnətdarlıq etdi. Kənd əhalisinin işıq, qaz probileminin olmadığını bildirdi. Kəndarası yolların təmir olunması təklifi ilə çıxış etdi.

Sonra kənd sakinləri Raquf Məmmədov kənddə yeni subartezian quyusunun qazılması, Sarvan Həsənov subartezian quyusunun təmiri, Bayandur kəndinin sakini Zakir Bayramov elektrik naqillərinin SİP kabellərlə əvəzlənməsi ilə bağlı müraciət etdilər. Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, bildirdi ki, görülən işlərin hamısı əhalinin firavan yaşamasına xidmət edir.

Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Tərtərdə növbəti səyyar qəbul-görüş Kəbirli kəndində oldu -
Tərtərdə növbəti səyyar qəbul-görüş Kəbirli kəndində oldu -
Tərtərdə növbəti səyyar qəbul-görüş Kəbirli kəndində oldu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...