Bakı-Qazax yolunda 300 sürücü cərimələndi VİDEO

Bakı-Qazax yolunda 300 sürücü cərimələndi


Baş DYP idarəsinin istirahət günləri Gəncə-Qazax magistralında keçirdiyi reydlər zamanı yüzlərlə sürücü cərimələnib.

Tovuzdan başlayan reyd zamanı polislər daha çox sənədsiz sükan arxasında əyləşənləri aşkarlayıb. Sərnişindaşıma ilə məşğul olan sürücüyə haqq qazandıran sərnişinlər də tapılıb. Qazaxda isə sərxoş sürücülər çoxluq təşkil edib. Yerində aparılan həkim yoxlaması bunu deməyə əsas verir. Hətta, avtomobili yol polisinin üstünə sürənlər də tapılıb.

Şəmkirdə də xeyli qayda pozuntusu aşkarlanıb. Onlarla sürücü inzibati qaydada cərimələnib. Ümumilikdə, 300-ə yaxın sürücüyə inzibati protokol tərtib edilib. (Region TV)





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...