Bakı yanğını qurbanlarına 5 min kompensasiya verildi

Bakı yanğını qurbanlarına 5 min kompensasiya verildi


Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğında xəsarət alan sakinlərə 5000 manat kompensasiya ödənilib.

Bu barədə "Report"a binanın sakinləri məlumat veriblər. Yanğın zamanı müxtəlif dərəcədə xəsarət alan 50-dən artıq sakinə kompensasiya ödənilib. Sakinlər kompensasiyaları "Kapital Bank"dan alıblar. Xatırladaq ki, bu günə qədər yaşayış binasının sakini olan hər bir ailəyə 2500 manat kirayə pulu ödənilmişdi. Bu məbləğ sakinlərin 5 ay müddətində kirayədə qalmaları üçün verilmişdi. Qeyd edək ki, mayın 19-da Bakı şəhəri, Binəqədi rayonunun Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Nəticədə 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Baş vermiş hadisəyə görə 4 nəfər həbs olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 086 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...