Eldar Mahmudovun qohumu yenidən məhkəməyə müraciət etdi

Eldar Mahmudovun qohumu yenidən məhkəməyə müraciət etdi
“Rabitə işi”ndə təqsirləndirilən və 13 il müddətinə azadlıqdan məhrum edilən Beytulla Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti verib

Musavat.com xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov yenidən məhkəməyə müraciət edib.

Apellyasiya şikayəti artıq məhkəməyə təqdim olunub.

Eldar Mahmudovun qohumu barəsində bəraət hökmünün çıxarılmasını istəyir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

B.Hüseynov 2015-ci ilin noyabrında həbs edilib. O, qulluq mövqeyindən sui-istifadədə, mənimsəmədə və digər cinayətlərdə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə istintaqı dövründə dövlətə vurduğu 10 milyon zərəri ödəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...