“Ramazan Bayramı günlərində sürücülər məsuliyyətli olmalıdır“

“Ramazan Bayramı günlərində sürücülər məsuliyyətli olmalıdır“


“Ramazan bayramı ilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş rejiminə keçəcək”

Bu barədə BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov musavat.com-a açıqlamasında bildirib.

V.Əsədov qeyd edib ki, Bayram günlərində hərəkətin intensivliyi artır, ona görə də Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində faəliyyət göstərəcək: “Yollarda təhlükəsizliyi maksimum şəkildə təmin etməyə çalışacağıq ki, baş verə biləcək qəza hadisələrinin sayını minimuma endirək. Bununla əlaqədar tərəfimizdən bütün zəruri tədbirlər görülüb”.

Sürücülərə səslənən polis polkovniki onları yollarda məsuliyyətli olmağa çağırıb: “Hər bir hərəkət iştirakçısına müraciət etmək istəyirəm ki, bu bayramda həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına məsuliyyətlə yanaşsınlar və bu işdə bizə yardımçı olsunlar. Bu vəzifə təkcə yol polisinin deyil, həm də sürücülərin və piyadaların da üzərinə düşür”.

Açıqlamasında cari ilin 6 ayının nəticələri haqqında danışan Vaqif Əsədov bildirib ki, bu müddət ərzində baş verən yol-nəqliyyat hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün göstəricilərə görə azalıb: “Bu statistikanın azalması müsbət haldır. Yeganə olaraq, baş verən yol-qəza hadisələrində iki azyaşlı uşağın həlak olması narahatlıq doğurur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 yol-nəqliyyat hadisəsi azalıb, həlak olanların sayı 21 nəfər, xəsarət alanların sayı isə 24 nəfər azalıb, həmçinin xəsarət dərəcələri də yüngülləşib. Bizim əsas vəzifəmiz baş verən yol qəzalarının sayını azaltmaqdır. Lakin hər il ölkəyə 100 mindən artıq maşın gətirilir. Deməli, bir o qədər də sürücünün sayı artır. Bütün dövlət idarələri, təhsil ocaqları Bakıda yerləşir. Paytaxtda hərəkətin intensivliyi həddindən artıq çoxdur. İldən-ilə yolların uzunluğu artır, ancaq yol hərəkəti ilə bağlı mədəniyyət səviyyəsi çox aşağıdır. Əgər yol, avtomobil, sürücü, piyada, hərəkət, sürət faktorları bir aradadırsa, hər hansı hadisənin baş verməsi də qaçılmazdır. Bu səbəbdən də mətbuat və biz birgə təbliğat aparmaqla, bu hadisələri minimuma endirməliyik. Bayram günlərində, günün pik saatlarında yollarda qəzaların artması ehtimalı çoxalır. Bunun üçün də biz yol polisi olaraq, fəliyyətimizi 4 istiqmaətdə qurmuşuq. Birincisi, hərəkətin təşkili, ikincisi sürücülər arasında düzgün yol hərəkəti qaydalarının təbliğatı, üçüncüsü inzibati xətaları izah etmək və bunun qarşısını almaq, dördüncüsü məsuliyyət tətbiq etməklə, qayda pozuntularının sayını azaltmaq…”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 149 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...