Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir
Azərbaycanda son 3 ildə I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi bir çox məsələnin həllinə müsbət təsir edir.
APA-nın xəbərinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, hazırda Bakı məktəblərinin yalnız 15 faizində şagird sıxlığı müşahidə edilir: “Həmin məktəblərdə də uşaqların qəbulu mikro-ərazi prinsipi əsasında aparılır. Bundan əlavə, uşağın bacı-qardaşı həmin məktəbdə oxuyursa, valideynlərə problem yaratmamaq üçün həmin uşaqlar da bu məktəblərə yerləşdirilir. Bakının 85% məktəbində isə heç bir sıxlıq müşahidə olunmur və nəticədə mikro-ərazi prinsipi tətbiq edilmir. Valideynlər uşaqlarını istədikləri məktəbə yerləşdiriblər”.
M. Vəliyeva qeyd edib ki, artıq 45 mindən artıq uşaq artıq məktəblərə sənədlərini təqdim edib. 46 mindən çox uşağın yeni tədris ilində I sinfə qəbulunu proqnozlaşdırılır.
Məktəblərdə ibtidai siniflər üzrə Rus dili müəllimlərinin çatışmazlığı ilə bağlı məsələyə gəlincə, idarə müdiri qeyd edib ki, ötən illərdən fərqli olaraq, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə Rus dili müəllimlərinin nəticələri daha yüksək olub: “Nəticədə biz məktəblərin çoxunu Rus dili müəllimi ilə təmin edə biləcəyik. Amma yenə də müəllim-kadr çatışmazlığı olacağı məktəblərdə daxili imkanları hesabına öz kadrlarından istifadə etməklə məktəblər sinifləri müəllimlə təmin edəcək”.
870 dəfə oxundu