Rusiyada dünya çempionunu öldürən azərbaycanlı polisə könüllü təslim olub

Rusiyada dünya çempionunu öldürən azərbaycanlı polisə könüllü təslim olub
Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov polisə könüllü təslim olub.

APA-nın məlumatına görə, bu barədə “Vostok-Media” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.

Təqsirləndirilən şəxsə qarşı daha əvvəl məhkəmə tərəfindən qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda onun istintaq orqanlarına ifadə verdiyi bildirilir.

Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçov arasında Xabarovsk şəhərinin "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçov xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...