Cavid Qurbanov Şirvanda kadr islahatı apara biləcəkmi?

Cavid Qurbanov Şirvanda kadr islahatı apara biləcəkmi?

Rəisin vəzifəsinə biganə münasibət göstərməsi ciddi fəsadlara yol açıb. Azərbaycanın dəmir yolu Avropanın ilk dəmir yollarından biridir. Onun yaranma tarixi 1878-ci ilə təsadüf edir. Həmin tarixdə uzunluğu 20 km-ə bərabər olan Sabunçu - Suraxanı xəttinin təməli qoyulmuş və tikinti işləri 20 yanvar 1880-ci ildə başa çatmışdır.

Buxar dartqısı ilə neft daşımaları həyata keçirilən bu xətt Zaqafqaziyada istismara verilən ilk dəmiryol xətti olub. Dünyada ilk dəfə olaraq neft məhz bu dəmir yolu ilə sisternlərdə daşınmağa başlanılıb. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əsas məqsədi isə ölkə iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. Dövlət tərəfindən dəmir yollarının mühafizəsinə də böyük diqqət ayrılır.

Belə ki, bu məqsədlə Nəqliyyatda Baş Polis İdarəsi yaradılıb. Qeyd edək ki, idarə dəmir yolu, hava və su nəqliyyatı obyektlərində cinayətkarlığa və digər hüquqpozmalara, eləcə də Xəzər dənizi hövzəsində, respublikanın çaylarında, göllərində və digər su tutarlarında ekoloji cinayətlərə qarşı mübarizəni, ictimai qaydanın qorunmasını və ictimai təhlükəsizliyi, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirən müstəqil struktur hissədir. Əfsus ki, idarənin yerli bölmələrinin bir çoxunda neqativ hallar nəzərə çarpmaqdadır. Yadınızdadırsa, qəzetimizin əvvəlki saylarından birində Şirvan şəhər Dəmiryol Polisi Bölməsinin rəisi Fikrət Əliyevin işində yol verdiyi qanunsuzluqlardan danışaraq onun vəzifəsinə peşəkar səviyyədə münasibət göstərməməsini yazmışdıq. "Bu adam vəzifə səlahiyyətlərinə aid olan məsələləri bir kənara atıb, vaxtının çox hissəsini biznes işlərinə ayırır. Artıq neçə ildir ki, bu vəzifəni tutan Fikrət müəllim maliyyə imkanları baxımından ölkənin ən varlı şəxsləri ilə eyni səviyyədə dayana bilər. Belə ki, onun Bakıda onlarla ticarət obyekti var. Bura misal olaraq "Qızlar zapravkası"nı, telefon dükanlarını göstərmək olar. Bölmə rəisinin işində yol verdiyi nöqsanlar şəhər ictimaiyyəti tərəfindən xoş qarşılanmır. Çünki Şirvan indiyə kimi dəmir yolu nəqliyyatında önəmli paya sahib olub. Amma bu gün şəhərin dəmir yollarının mühafizəsi bərbad haldadır. Nəzərə almaq lazımdır ki, həm ölkə daxilində hərəkət edən, həm də xaricdən gələn yük qatarlarının bir neçəsi stansiyadan keçir. Odur ki, dəmir yollarının mühafizəsi ən yüksək səviyyədə təşkil edilməlidir. Bölmə rəhbəri isə tamamilə başqa işlərlə məşğul olur", deyə məqalədə vurğulanırdı. Əslində, biz məlum yazıdan sonra bölmə rəisinin işinə daha məsuliyyətlə yanaşacağını gözləyirdik. Təəssüf ki, 57 yaşlı rəis hələ də qanunsuz əməllərindən əl çəkmək niyyətində deyil. Bildiyiniz kimi, Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-yə rəhbər təyin olunandan sonra ölkənin dəmir yolu təsərrüfatında müəyyən dəyişikliklər baş verdi. Həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi dəmir yollarının yerləşdiyi ərazilərin məişət tullantılarından təmizlənməsini göstərmək olar. Şirvan şəhərindən keçən dəmir yollarında isə durum qənaətbəxş deyil. Əldə etdiyimiz məlumatlara görə, dəmir yollarının mühafizəsini tələb olunan səviyyədə təşkil etməyi bacarmayan Fikrət Əliyevin qeyri-qanuni hərəkətlərinin nəticəsində bir sıra fəsadlar meydana çıxıb: "Şəhərdəki dəmir yolu xətlərinin böyük hissəsi zibillik içində itib-batır. Dəmiryol Polisi Bölməsinin əməkdaşları vəziyyətə nəzarət edə bilmir. Rəisin başı tamamilə başqa işlərə qarışıb. Şirvan Dəmir Yol Stansiyasında işləyən fəhlələr tez-tez oğurluq hadisəsi törədir. Onlar stansiyanın balansında olan mal və avadanlıqları oğurlayıb satırlar. Məsələn, bu yaxınlarda fəhlələrdən bir neçəsi "nakladka" oğurlamışdı, amma onlar lazımi şəkildə cəzalandırılmadı. Fikrət Əliyev cinayət törədən fəhlələri nəyinsə müqabilində sərbəst buraxdı. Elə buna görədir ki, dəmir yolu təsərrüfatında oğurluq hadisələrinin sayı gündən-günə artır. Rəis həmişəki kimi yüksək rütbəli şəxslərin adından istifadə edir. Hesab edir ki, belə üsula baş vurmaqla özbaşına əməllərinin üstünü ört-basdır edəcək. O xeyli müddətdir rəis vəzifəsində çalışır.

Artıq təqaüdə göndərilməlidir. Bu posta daha gənc və savadlı kadr təyin edilsə, daha məqsədəuyğun olardı. Nə qədər ki, Fikrət Əliyev pensiyaya göndərilməyib, Şirvan Dəmiryol Polisi Bölməsinin şəffaf işləyəcəyinə ümid bəsləmək yersizdir". Başqa bir məlumatda isə bildirilir ki, sözügedən şəxs əvvəllər Şirvan Şəhər Polis Şöbəsində işləmiş, sonradan müəyyən nöqsanlara görə işdən uzaqlaşdırılmış bir xanımı qanunsuz olaraq öz yanında işə götürüb. Hələ üstəlik, bəzi məxfi sənədləri həmin xanıma etibar edir. Bu xanımın kimliyi, həmçinin rəisin yenicə aldığı "Çinar" restoranında cərəyan edən əxlaqsızlıq barədə növbəti sayımızda müfəssəl məlumat verməyə çalışacağıq. Ümidvarıq ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəhbərliyi Fikrət Əliyevin qanuna sığmayan əməllərinin qarşısını tezliklə alacaq və onu başqası ilə əvəzləyəcəklər. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.
gundelik baku


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 617 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...