Şeyx Tacikistandan Bakıya təbrik məktubu yolladı

Şeyx Tacikistandan Bakıya təbrik məktubu yolladı


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə 22 iyul –Mətbuat Günü ilə bağlı Azərbaycan jurnalistlərinə təbrik ünvanlayıb. Mətbuat işçilərinin peşə bayramını təbrik edən QMİ sədri Azərbaycan milli mətbuatının yaranmasının 140-cı ildönümü münasibətilə səmimi qəlbdən jurnalistləri təbrik edir, onlara Uca Allahdan şərəfli işlərində xeyir-dualar dilədiyini nəzərə çatdırır.

Məktubda Azərbaycan milli mətbuatının çox şərəfli və mürəkkəb inkişaf yol keçdiyi vurğulanır. 140 illik inkişaf yolu keçən Azərbaycan milli mətbuatının görkəmli şəxsiyyətlərin, vətənpərvər ruhlu maarifpərvər qələm əhlinin böyük xidmətləri sayəsində öz layiqli yerini ala bildiyi qeyd olunur.

A.Paşazadə məktubunda bütün mətbuat işçilərini bir daha ürəkdən təbrik etdiyini, çətin, amma şərəfli işdə yeni uğurlar, uca zirvələr arzuladığını nəzərə çatdırır. Son olaraq QMİ sədri mətbuat nümayəndələrinə Azərbaycan jurnalistika məktəbinin ləyaqətli davamçıları olmağı, qələmin müqəddəs olduğunu unutmamağı və xalqın milli-mədəni, dini-əxlaqi dəyərlərinə, mənəvi irsinə daima sadiq qalmağı tövsiyə edir. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə çərşənbə axşamı Tacikistana səfərə gedib. Bu haqda xəbər Turan-a QMİ-dən məlum olub.

Səfərin məqsədi 22-23 iyul tarixlərində Düşənbədə “İslam dini ekstremizm və terrorizmə qarşıdır» mövzusunda keçiriləcək konfransda iştirak etməkdir. Konfransda tanınmış dinşünas alimlərin, teoloqların, ənənəvi dini icma rəhbərlərinin iştirakı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...